“Atletiko” PSJ-nin futbolçusu üçün danışıqlara başlayacaq

PSJ-nin yarımmüdafiəçisi Karlos Soler “Atletiko”nun maraq dairəsinə düşüb.

Paris təmsilçisi 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdır. O, son mövsümü icarə əsasında “Vest Hem”də keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” transfer pəncərəsi bağlanmamış Solerin keçidi ilə bağlı danışıqlara başlaya bilər.

Madridlilərin baş məşqçisi Dieqo Simeone ispaniyalı yarımmüdafiəçinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və uzun müddətdir onu komandasında görmək istəyir.

Mümkün variantlardan biri Solerin icarəyə götürülməsidir. O, İspaniyaya qayıtmaq qərarı versə, üstünlüyü “Atletiko”ya verəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button