“Atletiko” onunla “nikah təzələyəcək”

“Atletiko” futbolçusu Xuanfranın müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı müdafiəçinin sözləşməsini bir il daha artırmaq niyyətindədir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

2011-ci ildən “Atletiko”da çıxış edən Xuanfranın, hazırki müqaviləsi mövsümün sonunda bitir. Xuanfran La Liqada cari mövsümdə 12 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button