
“Atletiko” onunla vidalaşmaq istəyir – 10 milyon avroluq maaşına görə
“Atletiko”da çıxış edən sloveniyalı qapıçı Yan Oblak yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Madrid klubunun rəhbərliyi 32 yaşlı futbolçunu yay transfer pəncərəsində satmaq variantını nəzərdən keçirir. Onlar Oblakın 10 milyon avroluq yüksək maaşına görə onunla ayrılmaq istəyir.
Oblak 2014-cü ilin yayından “Atletiko”da çıxış edir. Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq. Onun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



