“Atletiko” keçmiş futbolçusunu 4 milyon avroya geri qaytarıb

“Atletiko” bir il əvvəl “Alaves”ə satdığı 23 yaşlı müdafiəçi Santyaqo Mourinonu yenidən heyətinə qatıb.

Komanda.az klubun məlumatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi uruqvaylı futbolçunun müqaviləsindəki geri alış maddəsini aktivləşdirib.

“Atletiko” bu transfer üçün “Alaves”ə 4 milyon avro ödəyib. Ancaq çox güman ki, o, Madrid klubunun heyətində qalmayacaq.

Mourinonun yaxın günlərdə “Vilyarreal”a 10 milyon avroya satılması planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button