“Barselona”nın futbolçusu Madrid klubuna keçə bilər

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin karyerasını İspaniyanın başqa klubunda davam etdirmək imkanı var.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi ilə “Atletiko” maraqlanır.

Madrid klubunun rəhbərliyi yay transfer pəncərəsində Lopesi əldə etməyə çalışacaq. 21 yaşlı oyunçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir və onun “Barsa” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.

Lopes İspaniya çempionatının cari mövsümündə 15 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button