“Atletiko” onu “Osasuna”ya icarəyə verdi
İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Madrid “Atletiko”sunun müdafiəçisi Manu Sançesi heyətinə qatıb.
Bu barədə “Osasuna”nın mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Sançesin klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin