“Atletiko” onu itirdi
İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu Dieqo Koşta sıradan çıxıb. 32 yaşlı futbolçu əzələsindən zədə alıb. Onun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Koştanın noyabrda – milli komandaların oyunları ilə bağlı olacaq fasilədən sonra komandaya qoşulması gözlənilir.
Koşta İspaniya La Liqasının 6-cı turu çərçivəsində keçirilən “Selta” ilə matçda (2:0) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin