![](https://komanda.az/wp-content/uploads/2024/03/fermin-lopez-780x470.jpeg)
“Atletiko” 21 yaşlı futbolçu üçün 50 milyon avro təklif etməyə hazırdır
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Atletiko”nun maraq dairəsindədir.
21 yaşlı futbolçu yaxşı oyun nümayiş etdirsə də, “Barsa”nın yarımmüdafiədəki güclü rəqabətə görə o, müntəzəm oyun praktikasına malik deyil.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Madrid klubu ispaniyalı yarımmüdafiəçi üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır.
“Atletiko” düşünür ki, “Barselona” maliyyə çətinliklərini nəzərə alaraq, əsas komandada daimi oynamayan futbolçunu satmağa razı ola bilər. Lopesin kataloniyalılarla hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin