“Atletiko” onunla müqaviləni uzadır
“Atletiko” qapıçısı Yan Oblakla müqaviləni uzadacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı sloveniyalının yeni müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə olacaq.
Daha əvvəl “Atletiko”nun Oblakın maaşını illik 12 milyon avroya çatdıracağı bildirilirdi.
Oblak 2014-cü ilin iyulundan “Atletiko”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin