
“Atletiko” Oblaka əvəzləyici seçib
İspaniya millisinin və “Atletik”in qapıçısı Unay Simon karyerasını La Liqanın başqa klubunda davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin xidmətində “Atletiko” maraqlıdır.
Madrid klubu Simonu bu yaxınlarda 32 yaşı tamam olan sloveniyalı qapıçı Yan Oblakın əvəzləyicisi kimi nəzərdən keçirir. O, 2018-ci ilin yayından Bilbao komandasında çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2029-cu ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



