
Nunyes La Liqa klubuna keçməyə razılıq verib
“Liverpul”un hücumçusu Darvin Nunyes “Atletiko”ya keçməyə müsbət yanaşır.
Madrid təmsilçisi uruqvaylı futbolçunu heyətinə qatmaq istəyən əsas namizədlərdən biri hesab olunur.
Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, “Atletiko” rəsmiləri artıq 25 yaşlı futbolçu ilə əlaqə saxlayıblar və Nunyes də bu keçidi istəyərək qəbul edib.
Artıq Nunyesdən razılıq alınıb. İndi madridliləri “Liverpul”la transfer şərtlərini razılaşdırmaq gözləyir.
Nunyesə həmçinin, “Napoli” və Səudiyyə Ərəbistanı çempionatından bəzi klublar da maraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



