“Atletiko” “Barselona”ya edilən güzəştdən narazıdır

“Atletiko” “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyatının təsdiqlənməsindən narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu bu barədə rəsmi açıqlama yayıb:

“Atletiko” Ali İdman Şurasının qərarından sonra İspaniya futbolunda yaranmış vəziyyətdən dərin narahatlığını bildirir. Hesab edirik ki, bu qərar mövcud sistem və oyun qaydalarına təhlükə yaradır. Hər kəs üçün aydın və bərabər qaydalar olmadan ədalətli rəqabət mümkün deyil”.

İlkin olaraq “Barselona”nın hər iki oyunçusunun qeydiyyatı rədd edilsə də, klub Ali İdman Şurasına müraciət edərək istəyinə nail olub. Olmo və Viktor mövsümün ikinci yarısı üçün müvəqqəti qeydiyyatdan keçiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button