“Atletiko” müdafiəçisini itirdi – 8 ay oynamayacaq

Madrid “Atletiko”sunun futbolçusu Reynildo Mandava 8 ay yaşıl meydanlardan uzaq qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

29 yaşlı müdafiəçi “Real”a qarşı La Liqanın 23-cü tur matçında (1:1) zədələnib. Müayinədən sonra onun sağ dizindən ciddi xəsarət aldığı müəyyən edilib. Fevralın 26-da əməliyyat olunan futbolçu zədəsini 7-8 ay içində bərpa edəcək.

Mandava 2022-ci ilin əvvəlində Fransa “Lill”indən “Atletiko”ya keçib. Onun klubla sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Mozambikli müdafiəçi cari mövsümdə La Liqada 22 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button