“Atletiko”nun Moratanı əvəz etmək üçün 3 namizədi var

“Atletiko” “Milan”a keçəcək hücumçusu Alvaro Moratanı əvəz edəcək futbolçu axtarışlarını davam etdirir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu “Jirona”da çıxış edən Artyom Dovbiki, “Mançester Siti”də forma geyinən Xulian Alvares və “Vilyarreal”ın futbolçusu Aleksandr Sörlotu nəzərdən keçirir.

Dovbik hazırda əsas seçimdir, çünki “Jirona” ukraynalı forvardı məqbul qiymətə, 40 milyon avroya satmağa hazırdır.

Dovbik ötən mövsüm bütün turnirlərdə 41 matçda iştirak edib, 25 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun İspaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button