“Atletiko” “Mançester Yunayted”in 2 futbolçusunu “qaralayıb”

“Mançester Yunayted”in iki futbolçusu yay transfer pəncərəsində La Liqaya keçə bilər. Söhbət vingerlər – Alexandro Qarnaço və Antonidən gedir.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “Atletiko” bu oyunçuların xidmətində maraqlıdır.

“Qırmızı şeytanlar” futbolçularını 100 milyon avroya satmağa hazırdır: Qarnaço 60, Antoni isə 40 milyon avroya.

Bununla belə, Antonini hazırda icarə əsasında çıxış etdiyi “Betis” heyətində saxlamaq istəyir. Ancaq maliyyə çatışmazlığı səbəbindən bu transferin gerçəkləşməsi çətin görünür.

“Atletiko” hazırda La Liqanın turnir cədvəlində 31 turdan sonra topladığı 63 xalla 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button