“Mançester Yunayted”in hücumçusunun yeni “elçi”si var
“Barselona” “Xetafe”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvuda marağını itirib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, indi də “Atletiko” klubunun ingiltərəli futbolçu ilə maraqlandığı bildirilir.
“Barsa”nı futbolçunun keçmişi, eləcə də onun nüfuzu narahat edir ki, bu da azarkeşlərin mənfi reaksiyasına səbəb ola bilər. Qrinvud təcavüz iddiasına görə MY-dən uzaqlaşdırılıb. Futbolçu bəraət aldıqdan sonra klub onu heyətə qaytarmayıb. Daha sonra isə Qrinvud 2024-cü ilin yayına qədər “Xetafe”yə icarəyə verilib.
“Atletiko” da öz növbəsində futbolçu ilə maraqlanır, lakin Madrid klub onun üçün tələb olunan 50 milyon avronu hələ ödəməyə hazır deyil.
Qrinvud bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin