İspaniya klubu Lukmanın transferində israrlıdır

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Atletiko” ciddi şəkildə maraq göstərir və “Napoli” ilə birlikdə onun transferi uğrunda mübarizəyə qoşulmaq niyyətindədir.

“Atalanta” Lukmanı əvvəlki kimi, 60 milyon avro dəyərində qiymətləndirir və bu məbləği azaltmaq fikrində deyil.

Nigeriyalı forvard son A Seriyası mövsümündə 31 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button