“Arsenal”la vidalaşdı, Madridə getdi

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu “Arsenal” ın futbolçusu Lukas Torreyranın keçidini tamamlamaq üzrədir. Komanda yoldaşları ilə vidalaşan 24 yaşlı yarımmüdafiəçi dünən Madridə yollanıb. Onun “Atletiko” ilə bir illik icarə müqaviləsinə imza atacağı gözlənilir. Müqavilədə futbolçunun transfer haqlarını almaq bəndi də var.

Uruqvaylı futbolçunun “Arsenal”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button