
Nunyes Madrid klubuna keçə bilər
“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” uruqvaylı futbolçu ilə maraqlanır.
Müqavilə yay transfer pəncərəsində tamamlana bilər. Nunyesin bazar dəyəri 50 milyon avro qiymətləndirilir və onun mersisaydlılarla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq.
25 yaşlı forvard cari mövsümdə İngiltərə Premyer Liqasında 25 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2022-ci ildən “qırmızılar”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



