
İspaniya klubu “Liverpul”un futbolçusu ilə maraqlanır
“Atletiko” “Liverpul”un müdafiəçisi Endryu Robertsonu heyətinə qatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçusunu 30-35 milyon avro dəyərində qiymətləndirir, lakin “Atletiko” artıq yaşlanmış oyunçu üçün belə ciddi məbləğ ödəməyə hazır deyil. Eyni zamanda, Robertsonun özü də “qırmızılar”la müqaviləsini uzatmağa ümid edir.
Daha əvvəl müdafiəçinin londonlularla müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilib.
Robertson 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 45 matçda 2 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçunun “Liverpul”la hazırkı müqaviləsi 2026-cı ilə qədər hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



