
“Atletiko” limiti aşıb
“Atletiko” İspaniya La Liqasının qaydalarına əməl etmək üçün bir neçə futbolçusu ilə yollarını ayırmaq məcburiyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Tyaqo Almadanın transferindən sonra klub Avropa İttifaqına üzv olmayan legionerlər üçün nəzərdə tutulan limiti aşıb. La Liqa qaydalarına əsasən, klubun iştirak ərizəsində maksimum 3 qeyri-Aİ (Avropa İttifaqı) vətəndaşı yer ala bilər.
Bu səbəbdən, “Atletiko” artıq bəzi futbolçuları satışa çıxarıb. Satış siyahısına Nauel Molina, Samuel Lino və Konor Qallaher daxildir.
Madrid klubu son La Liqa mövsümünü turnir cədvəlinin 3-cü pilləsində başa vurub. Yeni mövsüm isə avqustun 15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin