
“Atletiko” norveçli bombardirlə müqavilə imzalamağa yaxındır
İspaniya çempionatında ötən mövsümün bombardirlərindən olan Aleksandr Sörlot “Vilyarreal”dan ayrılaraq, karyerasını başqa klubda davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” norveçli futbolçu ilə müqavilə imzalamağa yaxındır.
Sörlotun bazar dəyəri 25 milyon avro qiymətləndirilir. 28 yaşlı forvardın hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Sörlot La Liqanın ötən mövsümündə 34 matçda iştirak edib, 23 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin