“Atletiko” Koke ilə bağlı qərar verib
“Atletiko” yarımmüdafiəçi Kokenin gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Telecinco”-ya istinadən xəbər verir ki, bu barədə Madrid klubunun rəhbəri Enrike Serezo danışıb:
“Klub Koke ilə yeni müqavilə bağlayacaq. Bu futbolçu bizim əfsanəmizdir, bir-birimizə ehtiyacımız var”.
Koke 2011-ci ildən Madrid komandasında çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
İspaniyalı futbolçu bu mövsüm 4 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin