“Atletiko”nun prezidenti Luis Suares haqda: “Çox şanslıyıq”
“Atletiko” klubunun prezidenti Enrike Sereso açıqlama verib.
Komanda.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan 72 yaşlı funksioner, komandanın çempionluq şansıyla bağlı bunları deyib:
“La Liqanı qazana da bilərik, qazanmaya da. Hələ mövsümün ortasındayıq, oyunumuz çoxdur. Hazırda ilk sıradayıq, lakin qarşıda nə olacağını bilmirik. Sona üç oyun qalanda çempion olub-olmayacağımızı deyəcəm. Yaxşı heyətimiz var, futbolçular nə edəcəklərini yaxşı bilirlər.
Luis Suaresə gəlincə, onun Avropanın ən yaxşı hücumçusu olduğunu gördük. Bizimlə olduğu üçün çox şanslıyıq. Klubdakı hər kəs onun komandada olmasından məmnundur”.
“Atletiko” La Liqada 44 xalla liderdir. Komandanın əsas hücumçusu Suares bu mövsüm çempionatda 15 oyunda 12 qol vurub.
Bizi Facebook-da izləyin