“Atletiko” argentinalı futbolçu üçün 1 milyon avro ödəyəcək

“Atletiko” “Yuventus”un futbolçusu Niko Qonsalesi icarəyə götürüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu icarə üçün “Yuventus”a 1 milyon avro ödəyib. Əlavə 1 milyon isə yalnız “Atletiko” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəniləcək.

Müqavilədə məcburi satınalma bəndi də yer alıb: Qonsales 21 oyunda ən azı 45 dəqiqə meydanda olsa, “Atletiko” onu 32 milyon avroya birdəfəlik transfer edəcək.

Bu şərtlər reallaşarsa, Qonsales Madrid təmsilçisi ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayacaq və ildə 4 milyon avro maaş alacaq.

Argentinalı futbolçu hələ “Atletiko”nun heyətində debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button