“Atletiko” isveçli müdafiəçini istəyir
“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu mümkün transferlə bağlı “qırmızı şeytanlar”la danışıqlar aparmağa çalışsa da, Premyer Liqa təmsilçisi müdafiəçini heyətdə saxlamaq istədiyini bildirib.
28 yaşlı isveçlinin klubla cari müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 13 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin