“Atletiko” istədi, “Arsenal” 50 milyon avro tələb etdi

“Arsenal”ın yarımmüdafiəçisi “Atletiko”nun maraq dairəsindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiə xəttinə futbolçu axtarışlarını davam etdirən “Atletiko”, London təmsilçisinin 26 yaşlı futbolçusu Qranit Cakanı transfer etmək istəyir. Klubun idman direktoru Andrea Bertanın transfer üçün danışıqlara başladığı bildirilir. “Topçular”ın isveçrəli futbolçu üçün 50 milyon avro tələb etdiyi, amma Madrid təmsilçisinin bu məbləği ödəmək niyyətində olmadığı deyilir.

2016-cı ildən “Arsenal”ın şərəfini qoruyan Caka, son mövsümdə iştirak etdiyi 40 oyunda 4 qol, 5 məshuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button