“Atletiko” Avropa çempionunu transfer etməyə çalışır

İspaniya millisinin və “Real Sosyedad”ın müdafiəçisi Ruben le Norman “Atletiko”ya transfer olunmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 27 yaşlı futbolçunun transferini rəsmiləşdirmək üçün lazım olan sənədləri hazırlayır.

Le Norman ötən mövsüm “Real Sosyedad”ın heyətində 43 oyun keçirib və 2 qol vurub. O, İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button