“Atletiko” “Çelsi”nin futbolçusunu istəyir

“Atletiko” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Madrid klubu “Çelsi”nin müdafiəçisi Mark Kukurella ilə müqavilə imzalamağa çalışır.

“Çelsi”nin tələb edəcəyi yüksək məbləğ bu transferi həyata keçirməyə mane ola bilər. London klubu 2022-ci ilin yayında ispaniyalı futbolçu üçün 65 milyon avro ödəyib.

Kukurella “Barselona”nın yetirməsidir. O, bu komandayla cəmi bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button