“Atletiko” İngiltərə klubunun hücumçusunu transfer etmək istəyir
“Atletiko” “Vulverhempton”un hücumçusu Adama Traore ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq bu ilin yayında futbolçunun azad agent statusunda mümkün keçidiylə bağlı ilkin danışıqları aparıblar.
27 yaşlı futbolçu çətin ki, “Vulverhempton”la müqaviləni yeniləsin.
Traore 2022/23 mövsümündə “Vulverhempton”un heyətində bütün yarışlarda 27 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin