“Atletiko” ilə oyunda çox zərbə aldım” – De Bruyne
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab oyunu öncəsi formada olmasından danışıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, belçikalı futbolçu özünü yaxşı hiss etdiyini söyləyib:
“Mövsümün sonunda necəyəm? Çətin sualdır, amma özümü yaxşı hiss edirəm. “Atletiko” ilə oyunda çox zərbə aldım, amma indi hər şey qaydasındadır. Mən çox şadam ki, formadayam və çoxlu oyunlar keçirirəm”.
İlk görüşdə “Mançester Siti” 4:3 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün Madriddə baş tutacaq və saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin