Simeone portuqaliyalı futbolçunu “sürgün”ə göndərdi

“Atletiko”nun hücumçusu Joao Feliks Madrid klubunun gənclər komandası ilə məşqlərə start verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “hindular”ın baş məşqçisi Dieqo Simeone ilə futbolçu arasında münasibət olduqca gərgindir.

Öncədən portuqaliyalı futbolçunun “Benfika”ya dönmək ehtimalının olduğu haqda xəbər vermişdik. Portuqaliya klubu onu bir mövsümlük icarəyə götürmək istəyir.

Feliks 2022/23 mövsümünün ikinci yarısında icarə əsasında “Çelsi”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button