“Atletiko” icarəyə verdiyi futbolçunu geri qaytardı
İspaniyanın “Atletiko” klubu “Qremio”da icarədə olan futbolçusu Kayo Enrikeni vaxtından əvvəl geri qaytarmağa qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı müdafiəçi 2020-ci ilin sonuna qədər “Qremio”da icarədə oynamalı idi. Lakin Madrid təmsilçisi bu müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan yararlanaraq, oyunçusunu geri qaytarmağı lazım bilib.
Braziliyalı futbolçu “Atletiko”nun öz yetirməsidi. Lakin o, 2018-ci ildən bəri daha çox ölkəsinin “Parana” və “Fluminense” klublarında icarədə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin