“Atletiko” hücumçusunu itirdi
İspaniya La Liqasının 12-ci turu çərçivəsində “Valyadolid”lə qarşılaşacaq “Atletiko” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, hücumçu Yannik Karrasko zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Bavariya” ilə oyunda (1:1) zədələnən 27 yaşlı futbolçu komandanın son məşqinə qatılmayıb. Dizindən zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.
Bu gün keçiriləcək “Atletiko” – “Valyadolid” oyunu saat 21:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin