Agenti ukraynalı bombardirin “Atletiko”ya keçməməsinin səbəbini açıqladı

“Jirona”nın hücumçusu Artyom Dovbikin maraqlarını təmsil edən agent Aleksey Lundovski “Atletiko” ilə uğursuz danışıqlardan söhbət açıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun agenti “Atletiko”da Dovbik üçün ciddi layihə görmədiklərini bildirib:

“Atletiko” gözəl klubdur, amma biz orada Artyom üçün ciddi layihə görmədik. Onu da qeyd etmək lazımdır ki, onların təklifi Dovbiklə maraqlanan digər klublardan daha pisdir”.

Dovbikin “Roma”ya keçməyə yaxın olduğu haqda xəbərlər yayılıb.

27 yaşlı forvard ötən mövsüm İspaniya çempionatının bombardiri olub. O, La Liqada 36 matçda 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button