“Atletiko” futbolçusunu ərəblərə satır – 20 milyon avroya
“Atletiko”nun futbolçusu Markos Llorente karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Llorentenin Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transferi ilə bağlı tam razılıq əldə olunub. “Atletiko”nun yarımmüdafiəçisi yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
“The Athletic”in məlumatına görə, Madrid klubu Llorenteyə görə təxminən 20 milyon avro alacaq.
Llorente 2022/23 mövsümündə İspaniya La Liqasında “Atletiko”nun heyətində 22 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin