“Atletiko”nun belçikalı futbolçu ilə bağlı planı var

Artur Vermeren “Atletiko”nu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi belçikalı futbolçunu oyun praktikası əldə etmək üçün icarəyə göndərmək niyyətindədir.

Arturun xidmətində bir neçə klub maraqlıdır. Söhbət Leverkuzen “Bayer”i, “Leyptsiq” və “Marsel”dən gedir.

19 yaşlı yarımmüdafiəçi Madrid klubunun sıralarına bu ilin yanvarında qoşulub. O, klubla 2030-cu ilin iyun ayının sonuna qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button