“Atletiko” Feliksi geri qaytarmaq istəyir
“Barselona” gələn mövsüm “Atletiko”nun vingeri Joao Feliksi yenidən icarəyə götürə bilməyəcək.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubu portuqaliyalı futbolçunu yenidən heyətə qaytarmağa və onu komandanın vacib oyunçusuna çevirməyə ümid edir.
Bu, Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin istəyidir.
Feliksin “hindular”la müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. O, bu mövsüm La Liqada 15 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin