“Atletiko” Feliks üçün elə məbləğ tələb edir ki…
İspaniyanın “Atletiko” klubunun hücumçusu Joao Feliks karyerasını Fransada davam etdirə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, PSJ 23 yaşlı futbolçunu transfer etmək istəyir.
“Hindular” portuqaliyalı üçün 100 milyon avro tələb edir. Keçidin baş tutmamaq ehtimalı da var.
Feliks 2022/23 mövsümünü icarə əsasında “Çelsi”də keçirib. O, London klubunun heyətində 40 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
Liqa 1 təmsilçisi yay transfer pəncərəsində “Real”dan Marko Asensionu, “Sportinq”dən Manuel Uqarteni, “İnter”dən Milan Skriniarı transfer edib. Komandanın “sükanı arxasına” isə Luis Enrike keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin