“Atletiko” Feliksə görə narahatdır
“Atletiko” “Barselona”nın hücumçusu Joao Feliksin oyunlardakı çıxışından narahatdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunda icarə əsasında çıxış edən portuqaliyalı futbolçu son 11 matçda bir qol da vurmayıb. “Atletiko” onun satışından təxminən 80 milyon avro qazanmaq istəyir. Ancaq Feliks təsirli oyun nümayiş etdirməsə, bunu etmək çətin olacaq.
24 yaşlı hücumçu “Barselona”nın heyətində 14 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin