“Atletiko” “Barselona” ilə oyun öncəsi Moratanı da itirdi

İspaniyanın “Atletiko” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı forvardın ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu isə Moratanın aprelin 6-da baş tutacaq “Barselona” ilə səfər oyununu buraxacağı anlamına gəlir.

La Liqada mövsümün bitməsinə 8 tur qalmış lider “Barselona”dan 8 xal geridə qalan “Atletiko”, qarşıdakı oyunda Kataloniya təmsilçisinə qalib gəlməklə zirvə uğrunda mübarizəni daha da gərginləşdirməyi hədəfləyib. Lakin Madrid klubunda Moratadan əlavə, Dieqo Kosta və Tomas Lemar da zədədən əziyyət çəkir. Bu üzdən də liderlə oyunda komandanın hücum xəttində yalnız Antuan Qrizmannla Niko Kaliniçə şans verilməsi gözlənilir.

Onu da qeyd edək ki, “Atletiko” 2006-cı ildən bəri “Nou Kamp”da “Barselona”ya qalib gələ bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button