Vinisiusa qarşı təxribata hazırlaşır – “Atletiko” azarkeşləri

“Atletiko” azarkeşləri “Real”ın hücumçusu Vinisius Juniora qarşı təxribat xarakterli hərəkət hazırlayır.

Komanda.az xəbər verir ki, bu barədə “Ok Diario” nəşri məlumat yayıb.

Belə ki, bir qrup “Atletiko”sevər braziliyalı forvardın əleyhinə təhqiramiz şüarlar hazırlayırlar.

Vinisius La Liqanın cari mövsümündə 7 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Atletiko” – “Real” matçı sentyabrın 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button