
Ukraynalı futbolçu İspaniya klubuna keçəcək – 20 milyon avroya
Ukrayna millisinin və “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenkonun İspaniya çempionatına keçmək imkanı var.
Komanda.az “Esto es Atleti”-yə istinadən xəbər verir ki, ukraynalı futbolçu ilə “Atletiko” maraqlanır.
Madrid klubunun rəhbərliyi yay transfer pəncərəsində Zinçenkonun transferini rəsmiləşdirməyə hazırlaşır. “Atletiko” ona görə 20 milyon avro ödəyəcək.
28 yaşlı Zinçenko bu mövsüm London komandasının heyətində 13 oyun keçirib. Onun “Arsenal”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin