“Atletiko” 19 yaşlı hücumçunun transferində maraqlıdır
“Bayern”in hücumçusu Mateys Tel çıxışını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichaes”-ə istinadən xəbər verir ki, 19 yaşlı forvardın transferində “Atletiko” maraqlıdır.
Fransalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb, sonra da almaq olar. Onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.
Telin “Bayern”lə müqaviləsi 2029-cu ilin iyunun sonuna qədərdir. O, Almaniya çempionatının cari mövsümündə 8 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin