
“Belə oyunlar əladır” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/4 finalının “Atletiko” ilə oyunu barədə gözləntilərini bölüşüb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, derbi olduğu üçün matçı maraqlı hesab edir:
“Bəxtimizin gətirib-gətirmədiyi haqda nəsə deyə bilmərəm. Bu, püşkatmadır. “Atletiko” əla rəqibdir. Onlara hörmət etməliyik. Derbi olduğu üçün çox maraqlı olacaq. Belə oyunlar əladır”.
İspaniya kubokunun 1/4 final mərhələsinin “Real” – “Atletiko” matçı yanvarın 27-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin