
“Atletik”lə oyun üçün “Qarabağ”ın azarkeşlərinə neçə yer ayrılıb?
UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” matçını “Estadio de San Mames”də izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün ayrılmış vauçerlər satışdadır.
Komanda.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
“iTicket.az”da onlayn şəkildə satılan biletlərin qiyməti 110 AZN-dir.
“Qarabağ” azarkeşləri üçün “Estadio de San Mames”də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. 321-ci sektora giriş “Gate 21” vasitəsilə mümkün olacaq.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumatın daha sonra paylaşılacağı bildirilib.
Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək və saat 20:45-də start götürəcək.
Bizi Facebook-da izləyin



