
Uilyamsla danışıqlara start verilib
İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubla danışıqlara başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər illik 10 milyon avro məvacib üzərində müzakirələr aparırlar. Razılıq əldə olunarsa, Uilyamsın mövcud müqaviləsində yer alan 58 milyon avroluq sərbəst qalma maddəsinin artırılması da nəzərdə tutulur.
Bilbao təmsilçisi bu danışıqları mümkün qədər tez yekunlaşdırmağa çalışır, çünki bir neçə klub artıq ispaniyalı futbolçunun transfer bəndini aktivləşdirməyə hazırlaşır.
22 yaşlı Uilyams 2024/25 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin