
Açıqladı – Mövsümün sonunda karyerasını bitirir
“Atletik”in futbolçusu Aris Aduris mövsümün sonunda karyerasını bitirəcək.
Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib.
2012-ci ildən “Atletik”də forma geyinən Aduris, geridə qalan mövsümdə 23 qarşılaşmada iştirak edərək, 6 qol vurub. O, Bilbao təmsilçisi ilə bu yay yeni – 1 illik sözləşmə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin