
“Atletik”in aparıcı futbolçusu “Qarabağ”la matçı buraxa bilər
“Atletik”in futbolçusu Niko Uilyams “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyə bilər.
Komanda.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı vinger İspaniya yığmasının düşərgəsində zədələnib.
Bolqarıstan (3:0) və Türkiyə (6:0) komandalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem aşkarlanıb.
“Marca” nəşri oyunçunun təxminan 6 həftəyədək sıradan çıxa biləcəyini yazıb. Uilyamsın yaşıl meydanlara qayıtma müddəti onun sağalmasının gedişatından asılı olacaq.
“Qarabağ” “Atletik”lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



