“Atletik” yeni baş məşqçisini açıqladı – rəsmi
Baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərən İspaniyanın “Atletik” klubunun yeni çalışdırıcısı müəyyənləşib.
Komanda.az xəbər verir ki, klub Marselino Qarsiya Toralla anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, mütəxəssislə razılığa gəlindiyi bildirilib. Onunla 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanacaq.
Marselino daha öncə “Valensiya”ya rəhbərlik edib.
“Atletik” hazırda La Liqada 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin